AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AFFA-da Vətən müharibəsi iştirakçısı işdən çıxarıldı

  • + A
  • - A
  • Bu gün, 10:31

    AFFA-da Vətən müharibəsi iştirakçısı işdən çıxarıldı


    Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan bir neçə əməkdaşın işdən çıxarıldığı bildirilir.

    Sportify.az-ın məlumatına görə, departamentin 6 əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə vaxtından əvvəl xitam verilib. Departamentin rəhbəri Murad Axundovun isə başqa vəzifəyə keçirildiyi qeyd olunur.
    Məlumata əsasən, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Axundovun rəhbərliyi altında çalışan əməkdaşlara sentyabrın 1-dən işə çıxmamaları barədə məlumat verib. Qərarın səbəbi kimi departamentin PR istiqamətində qarşıya qoyulan vəzifələri lazımi səviyyədə yerinə yetirməməsi göstərilib.

    İşdən çıxarılan əməkdaşlar arasında uzun illər müxtəlif aparıcı media qurumlarında çalışmış və daha sonra AFFA-nın rəsmi saytı olan affa.az-a redaktor təyin edilmiş Ruslan Sadıqovun da olduğu bildirilir.



    Əmək müqaviləsinə xitam verilən şəxslərdən biri də AFFA-nın SMM meneceri Mehman Əşrəfovdur. Əşrəfov 44 günlük Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

    Bundan başqa, AFFA-nın digər departamentlərində də rəhbər və əməkdaşların işdən çıxarıldığı barədə məlumatlar yayılıb.

    Qeyd edək ki, yayılan məlumatla bağlı AFFA-nın rəsmi açıqlaması təqdim edilməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR