AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI “AZƏRİQAZ” İB-DƏ İŞLƏ TƏMİN OLUNDU

  • + A
  • - A
  • 23-12-2021, 11:33

    VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI “AZƏRİQAZ” İB-DƏ İŞLƏ TƏMİN OLUNDU

    Ölkənin ən böyük müəssisələrindən biri olan “Azəriqaz” İstehsalat Birliyinin 8 500 nəfərə yaxın işçi heyəti var ki, onun da 500 nəfərdən artıq hissəsi şəhid ailəsi üzvü və Qarabağ müharibəsi iştirakçılarıdır. Birlik bu həssas əhali kateqoriyasına aid olan şəxslərin yalnız qaz təchizatı ilə problemlərinin həllinə deyil, həmçinin onların Birlikdə müvafiq işlə təmin olunmaları istiqamətində işlər görür. Vətən müharibəsi iştirakçısı Oqtay Həsənov “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevə sosial şəbəkə üzərindən müraciət edərək işə qəbul olunmasında ona köməklik göstərilməsini xahiş edib. Baş direktor Birliyin müvafiq strukturuna Vətən müharibəsi iştirakçısının işlə təmin olunması məqsədi ilə tapşırıq verib. Verilmiş tapşırığa əsasən Oqtay Həsənov 17.12.2021 tarixində Birliyin Anbar Təsərrüfatı İdarəsində işə qəbul olunub. Qısa müddət ərzində Birlikdə çalışmağa başlayan Oqtay işindən və “Azəriqaz” İB kimi ailənin bir üzvü olmasından məmnun olduğunu bildirib.
    Azadmedia.az daha ətraflı təqdim edir:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR