AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞƏHİD BACISI “AZƏRİQAZ” İB-DƏ İŞLƏ TƏMİN OLUNDU - Foto, video

  • + A
  • - A
  • 9-04-2021, 10:13


    Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçərək qanı ilə tarix yazan igidlərimizdən biri də Rauf İbadovdur. Raufun atası, “Azəriqaz” İB-nin əməkdaşı Məhərrəm İbadov deyir ki, oğlu Füzuli, Cəbrayıl, Laçın dəhlizi istiqamətində gedən əməliyyatlarda böyük şücaət göstərib. Oktyabrın 23-ü Laçın dəhlizi uğrunda gedən döyüşlərdə mühasirəyə düşərək şəhidlik zirvəsinə ucalıb. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev şəhid ailəsini ziyarət edərkən onların qayğıları ilə maraqlanıb, müraciətlərinə mütləq baxılacağına söz verib.

    Qısa müddət ərzində şəhid Rauf İbadovun bacısı Banu İbadova “Azəriqaz” İB-də işlə təmin olunub.
    Qeyd edək ki, şəhid ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayır. Şəhid Rauf İbadovun bacısı Banu İbadova Bakı Regional Qazın Satışı Departamentində mühəndis vəzifəsində əmək fəaliyyətini davam etdirəcək.

    Bu barədə hazırlanan video materialla aşağıdakı sosial şəbəkə ünvanından tanış ola bilərsiniz:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR