AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabadda aşkarlanan 6 min illik unikal sferik daş ABŞ-nin nüfuzlu elmi jurnalında

  • + A
  • - A
  • Bu gün, 12:02

    Cəlilabadda aşkarlanan 6 min illik unikal sferik daş ABŞ-nin nüfuzlu elmi jurnalında


    ABŞ Arxeologiya İnstitutunun nüfuzlu elmi nəşri olan “Archaeology Magazine” jurnalında Azərbaycanın Cəlilabad rayonunda aşkarlanmış sferik daş haqqında məqalə dərc olunub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi Vəfa Mahmudova məlumat verib.

    Nəşrin yazdığına görə, arxeoloji tapıntı unikaldır və Cənubi Qafqazın bütün regionunda analoqu yoxdur. Sferik daş Cəlilabad rayonundakı Paşatəpə abidəsində aparılan qazıntılar zamanı arxeoloqlar tərəfindən aşkarlanıb. Tapıntının eramızdan əvvəl VI minilliyə aid olduğu müəyyənləşdirilib.

    “Archaeology Magazine” qeyd edir ki, erkən əkinçi icmalar bəzən bu formada əşyalar hazırlayır, onlardan zərbə daşı və ya üyütmə aləti kimi istifadə edirdilər. Lakin yeni aşkarlanmış sferik daşda onun bu məqsədlə istifadə edildiyini göstərən heç bir deşik və ya zərbə izi yoxdur.

    Mütəxəssislərin fikrincə, daş hansısa ritual mərasimlər zamanı istifadə edilmiş ola bilər.

    Qeyd edək ki, nadir arxeoloji tapıntı haqqında Britaniyanın elmi-populyar “Heritage Daily” nəşrində də məqalə yayımlanıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR