Sasseks hersoginyası Megan Markl ABŞ-da ev işçiləri ilə kobud davranışına görə tənqid olunub. Bu barədə “Page Six” məlumat yayıb.
Nəşrin mənbəsinin sözlərinə görə, Marklın yerli ev işçiləri arasında reputasiyası zaman keçdikcə “zarafat mövzusuna” çevrilib.
“Onun xadimə işə götürməklə bağlı problemləri olub, çünki Monteçitodakı bir çox ev işçisi onların evində işləmək istəməyib. Megan müsahibələri özü keçirirdi və həqiqətən də təkəbbürlü və kobud təsir bağışlaya bilərdi. Bəziləri onun ünsiyyət tərzindən o qədər inciyirdi ki, bu barədə söz-söhbətlər yayılmağa başladı. Hətta insanlar zarafatla deyirdilər ki, Monteçitodakı bütün xadimələr onlara nifrət edir”, – mənbə bildirib.
Qeyd edək ki, avqustun 20-də “The Telegraph” şahzadə Harri və həyat yoldaşı Megan Marklın avqustun sonunda ABŞ-dan Böyük Britaniyaya köçməyi planlaşdırdığını yazıb. Məlumata görə, ailə Londondan kənarda yerləşən, kral ailəsinə məxsus olmayan şəxsi iqamətgahda məskunlaşmaq niyyətindədir. Onların övladları – yeddi yaşlı şahzadə Arçi və beş yaşlı şahzadə Lilibet isə sentyabr ayında Britaniyada məktəbə başlayacaqlar.
“Mirror” qəzeti isə şahzadə Harrinin ailəsi ilə birlikdə Böyük Britaniyaya qayıtması xəbərinin Kral III Çarlzı “sarsıtdığını” bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.