AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda parlament seçkilərində 2,4 milyondan çox seçici səs verə biləcək

  • + A
  • - A
  • Bu gün, 16:33

    Ermənistanda parlament seçkilərində 2,4 milyondan çox seçici səs verə biləcək


    Ermənistanda bu bazar günü keçiriləcək parlament seçkilərində 2,4 milyondan çox vətəndaşın səsvermə hüququ olacaq. Bu barədə ölkənin Miqrasiya və Vətəndaşlıq Xidmətinin mətbuat xidməti məlumat yayıb.

    Qurumun açıqlamasına görə, seçicilər reyestrinə daxil edilən vətəndaşların ümumi sayı 2 milyon 485 min 851 nəfər təşkil edir.

    Parlament seçkiləri iyunun 7-də keçiriləcək. Səsvermə məntəqələrində asayişin qorunmasına 5 mindən çox polis əməkdaşı cəlb olunacaq. Seçki bülletenlərinə ümumilikdə 18 siyasi partiya və blok daxil edilib. Onların arasında 2018-ci ildən hakimiyyətdə olan “Vətəndaş Müqaviləsi” Partiyası da var.

    Sosioloji sorğuların nəticələrinə əsasən, “Vətəndaş Müqaviləsi”nin dəstəyi 37 faizdən aşağı qiymətləndirilir. Müxalif qüvvələrin ümumilikdə təxminən 49 faiz səs toplaya biləcəyi proqnozlaşdırılır. Belə ki, “Güclü Ermənistan” Partiyasının 26 faiz, “Ermənistan” blokunun 12 faiz, “Çiçəklənən Ermənistan” Partiyasının 6 faiz, “Birlik Qanadları” Partiyasının isə 5 faiz səs qazana biləcəyi bildirilir. Digər siyasi qüvvələrin isə 4 faizlik seçki baryerini keçə bilməyəcəyi ehtimal edilir.

    Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bəyan edib ki, seçkilərdə hansı siyasətçilərin iştirakına icazə verilməsi məsələsi yalnız Ermənistanın səlahiyyətindədir və Moskva ölkədəki bütün siyasi qüvvələrin seçki prosesində iştirakında maraqlıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR