AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaxarova: Rusiya Ermənistanla münasibətlərini İrəvanın konkret addımlarına uyğun quracaq

  • + A
  • - A
  • Bu gün, 17:09

    Zaxarova: Rusiya Ermənistanla münasibətlərini İrəvanın konkret addımlarına uyğun quracaq


    Rusiya Ermənistanla gələcək münasibətlərini qurarkən İrəvanın atdığı real addımları əsas götürəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

    Onun sözlərinə görə, Moskva Ermənistanla bağlı siyasətini ölkə rəhbərliyinin konkret fəaliyyətini nəzərə alaraq formalaşdırmaq niyyətindədir.

    “Ermənistanla münasibətlərdə Moskvanın gələcək xəttinə gəldikdə isə, kursumuzu Ermənistan rəhbərliyinin real addımlarını nəzərə almaqla qurmaq niyyətindəyik”, – deyə Zaxarova vurğulayıb.

    Diplomat qeyd edib ki, Ermənistanda keçirilən seçkilərdə Vətəndaş Müqaviləsi Partiyasının qələbəsi hakim qüvvənin ölkədə hakimiyyət üzərində tam inhisar əldə etmədiyini göstərir. O, həmçinin Ermənistan cəmiyyətində siyasi qütbləşmənin davam etdiyini bildirib.

    Zaxarovanın sözlərinə görə, erməni xalqı Rusiya üçün qardaş xalqdır və Moskva Ermənistanı güclü, həqiqi suveren dövlət kimi görməkdə maraqlıdır.

    “Moskva hər zaman güclü və həqiqətən suveren Ermənistanın mövcudluğunda maraqlı olub və olacaq. Erməni xalqı bizim üçün qardaş xalqdır. Ona sülh və firavanlıq arzulayırıq”, – deyə o əlavə edib.

    Rusiya XİN sözçüsü bildirib ki, Ermənistan cəmiyyətində Rusiya ilə əlaqələrin möhkəmləndirilməsinə və ölkənin Avrasiya iqtisadi məkanında iştirakının qorunub saxlanmasına maraq müşahidə olunur. O hesab edir ki, bu amil iki ölkə arasındakı münasibətlərin gələcək inkişafında mühüm rol oynaya bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR