AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlığın ləğvi təşəbbüsünü rədd etdi

  • + A
  • - A
  • Bu gün, 19:42

    ABŞ Ali Məhkəməsi Trampın doğumla vətəndaşlığın ləğvi təşəbbüsünü rədd etdi

    ABŞ Ali Məhkəməsi prezident Donald Trumpın ölkə ərazisində doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsinin məhdudlaşdırılması ilə bağlı fərmanını qüvvədən salıb.

    Məhkəmənin dərc etdiyi qərara əsasən, ABŞ-də doğulan şəxslərin vətəndaşlıq hüququnu təsbit edən Konstitusiyanın 14-cü düzəlişi qüvvədə saxlanılıb. Ali Məhkəmənin sədri John Roberts bildirib ki, Amerika vətəndaşlığı insanlara hüquqlardan istifadə etmək və ölkənin siyasi həyatında azad şəkildə iştirak etmək imkanı verir. Onun sözlərinə görə, 14-cü düzəlişin müəllifləri bu hüququ ölkədə doğulan hər bir azad insan üçün nəzərdə tutublar və məhkəmə bu prinsipi bu gün də qoruyur.

    Qərarın lehinə Ali Məhkəmənin altı hakimi səs verib, üç hakim isə həmkarlarının mövqeyi ilə razılaşmayıb.

    Xatırladaq ki, Donald Tramp 21 yanvar 2025-ci ildə ABŞ-də doğulan uşaqlara avtomatik vətəndaşlıq verilməsi hüququnu məhdudlaşdıran fərman imzalamışdı. O, ABŞ-nin bu qaydanın tətbiq olunduğu yeganə ölkə olduğunu iddia etmiş və federal qurumlara ABŞ vətəndaşlarına verilən sənədlərin təqdim edilməsini məhdudlaşdırmağı tapşırmışdı.

    Daha sonra, 2025-ci ilin fevralında Maryland ştatındakı federal məhkəmə həmin fərmanın icrasını qeyri-müəyyən müddətə dayandırmışdı. Hakim Debra Boardman qərarında bildirmişdi ki, fərman həm Konstitusiyanın 14-cü düzəlişinə, həm də Ali Məhkəmənin 125 ildən artıq qüvvədə olan presedentinə ziddir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR