İsraildə 20 yaşlı ABŞ vətəndaşı İrana casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.
Məlumata görə, gənc iyunun 9-da hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. İstintaqın iddiasına əsasən, o, Tehran üçün çalışan agentlə əlaqə saxlayıb və onun tapşırıqlarını yerinə yetirib.
Bildirilir ki, şübhəli şəxs bir neçə ay ərzində İsrail ərazisində yerləşən strateji əhəmiyyətli obyektlərin fotolarını çəkərək həmin agentə göndərib. Tapşırıqların icrasına görə ona bir neçə yüz dollar məbləğində ödəniş edildiyi qeyd olunur.
İsrail prokurorluğu məhkəmə prosesi başa çatanadək ABŞ vətəndaşının həbsdə saxlanılmasını tələb edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.