Çinin Hərbi Hava Qüvvələri və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Hava Qüvvələri 2026-cı ilin avqust-sentyabr aylarında Çinin Sincan-Uyğur Muxtar Rayonunda birgə aviasiya təlimləri keçirəcək.
Çin Müdafiə Nazirliyinin məlumatına görə, “Şahin qalxanı-2026” (“Falcon Shield-2026”) adlı təlimlər avqustun ikinci yarısından sentyabrın ortalarına qədər Sincanın Hotan rayonunda baş tutacaq.
Təlimlərin məqsədi iki ölkənin silahlı qüvvələri arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi, aviasiya bölmələrinin taktiki və texniki hazırlıq səviyyəsinin artırılmasıdır.
Təlimlər çərçivəsində Çin və BƏƏ ordularının döyüş təyyarələrinin pilotları uçuş hazırlığı üzrə müxtəlif elementləri məşq edəcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.