AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ceyhun Bayramov Moskvaya işgüzar səfərə gedib

  • + A
  • - A
  • 24-07-2023, 22:02

    Ceyhun Bayramov Moskvaya işgüzar səfərə gedib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bazar ertəsi Moskvaya işgüzar səfərə yola düşüb.

    “Səfər çərçivəsində iyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi planlaşdırılır”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Azadmedia.az xəbər verir ki, bundan əvvəl Rusiya XİN-dən bildirilib ki, Lavrov və Bayramov arasında ikitərəfli söhbət zamanı əsas diqqətin Rusiya-Azərbaycan gündəliyinin siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə aktual məsələlərinin müzakirəsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR