Türkiyənin Mersin vilayətinin Mut rayonunda hərbçiləri daşıyan avtobus aşıb.
“Milliyet” xəbər verir ki, qəza nəticəsində beş hərbçi ölüb, 10 hərbçi xəsarət alıb.
Ölənlərin arasında avtobusu idarə edən sürücü də var.
Yaralılar Mut rayonun mərkəzi xəstəxanasına çatdırılıb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.