AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Putin Zelenskini niyə devirmək istəyir?

  • + A
  • - A
  • 25-02-2022, 12:03


    2019-cu ildə Ukrayna prezidenti seçilən keçmiş komediya ustası Vladimir Zelenski indi Avropanın yaxın tarixindəki ən ciddi böhranın əsas aktyorlarından birinə çevrilib. Bəs, bu Zelenski kimdir və Putin niyə onu devirmək istəyir?

    Vladimir Aleksandroviç Zelenskinin həyatını təqdim edirik.

    Zelenskinin hakimiyyətə gəlməsi əvvəlcə zarafat kimi görünürdü. “Xalqın qulluqçusu” serialında təsadüfən prezident rolunu canlandıran məşhur komediya ustası Vladimir Zelenski qəfildən özünü prezident kürsüsündə tapıb.

    Ukraynanı sarsıdan Qərbyönümlü Narıncı İnqilabdan, 2014-cü il Maydan İnqilabından və Krımın Rusiyaya ilhaqından sonra Zelenski Ukrayna prezidenti Poroşenkonu məğlub edərək prezident seçildi. Zelenskinin seçilməsinə xalq arasında rəğbət bəsləndi. O, 73,2 faiz səs toplayıb.

    Adını serialdan götürən “Xalqın qulluqçuları” partiyasının namizədi olan Zelenski zəngin oliqarxlara və şokolad kralı Poroşenkoya qarşı “təzə” bir ad olaraq gündəmə gəlib. Bununla belə, heç bir siyasi təcrübəsi olmayan Zelenskinin ölkəni necə idarə edəcəyi də maraq doğururdu.

    Müəyyən mənada Zelenski siyasi təcrübəsizliyi ilə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni və ABŞ-ın keçmiş prezidenti Donald Trampla müqayisə edilib. Yenə də onun adı Trampla bağlı qalmaqalla beynəlxalq gündəmə gəlib. Məlum olub ki, Donald Tramp 2020-ci il seçkiləri öncəsi demokrat rəqibi Co Baydenin oğlu Hunter Baydenin Ukraynada korrupsiyaya uğraması ilə bağlı iddiaları araşdırması üçün ona təzyiq edib.

    Rusiya lideri Vladimir Putin və qərbyönlü Zelenski arasında münasibət heç də yaxşı olmayıb. 2019-cu il seçkilərindən bir neçə ay sonra Parisdə görüşəndə Putin bunu “vacib addım” kimi qiymətləndirib. Zelenski “Düzünü desəm, çox az irəliləyiş var” şərhini verib. O vaxtdan bəri iki lider arasında gərginlik durmadan artıb.

    Zelenskinin Qərbə israrla “Bizi NATO-ya daxil edin” çağırışı Putini hiddətləndirib. NATO-nun şərqə doğru genişlənməsini milli təhlükə olaraq gördüyünü ifadə edən Putin, ABŞ və NATO-dan şərqə doğru genişlənmənin olmayacağına dair yazılı təminat istəyib və bunu ala bilməyəndə müharibəni alovlandırıb. Bayden administrasiyasının dəstəyi isə qonşu NATO ölkələrinə silah göndərmək, əlavə qüvvələr göndərmək və sanksiyaları elan etməklə məhdudlaşdırıb.

    Xatırladaq ki, Zelenski 25 yanvar 1978-ci ildə anadan olub. O, mühəndis və riyaziyyatçılar ailəsindəndir. Kiyev Milli İqtisadiyyat Universitetində hüquq təhsili alıb, lakin hüquq sahəsində heç vaxt işləməyib. Tələbəlik illərindən teatr kollektivlərində iştirak edib. Sonra kabare qrupu yaradıb. 2003-cü ildə media məzmunu istehsal edən əyləncə şirkəti qurub. Elə həmin il kollec dostu Olena Kiyaşko ilə evlənib. Cütlüyün iki övladı var. 2005-ci ildə Ukraynada ən çox baxılan şoulardan biri olan “Veçerniy Kvartal” verilişini yazıb, aktyorluq və aparıcılıq edib. 2015-ci ildə “Xalqın xidmətçisi” serialı ilə məşhurlaşıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR