2025-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki
qiymətlərlə dəyəri 22058,3 min manat təşkil etmişdir ki, bunun da hamısı heyvandarlıq
sahəsinə aid olmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə
3,7 faiz artmışdır.
Bitkiçilik. 2025-ci il yanvar-mart aylarında 771,5 hektar sahədə kartof, 52,0
hektar sahədə tərəvəz və 169,0 hektar sahədə dənli və dənli paxlalı bitkilərin əkini
aparılmışdır.
2025-ci ilin məhsulu üçün 2618,2 hektar sahədə payızlıq dənli və dənli paxlalı
bitkilərin (qarğıdalısız) səpini aparılmışdır.
Heyvandarlıq. 2025-ci ilin yanvar-mart aylarında heyvandarlıq bölməsində diri
çəkidə 24609,0 sentner ət, 51523,0 sentner süd, 2382,0 min ədəd yumurta istehsal
edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 24 min ədəd və ya
1,0 faiz, ət istehsalı 959,0 sentner və ya 4,1 faiz, süd istehsalı 1053,0 sentner və ya
2,1 faiz artmışdır.
2025-ci ilin yanvar-mart aylarında 40423 baş iribuynuzlu mal-qara (ondan
19839 baş inək və camış), 208492 baş qoyun və keçi, 74 baş donuz mövcud olmuşdur.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 205 baş (0,5
faiz), ondan inək və camışlar 692 baş (3,4 faiz), donuzların baş sayı 11 baş (12,9 faiz)
azalmış, qoyun və keçilər isə 1614 baş (0,8 faiz) artmışdır.
Gədəbəy Rayon Statistika İdarəsinin rəisi İsmayıl Məmmədov