AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2024-cü ildə Gədəbəy rayonunun kənd təsərrüfatı haqqında

  • + A
  • - A
  • 19-02-2025, 12:15

    2024-cü ildə Gədəbəy rayonunun kənd təsərrüfatı haqqında

    Bitkiçilik üzrə

    Gədəbəy rayonunda kənd təsərrüfatı sahəsi mühüm yer tutur.2024-cü ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı üzrə ümumi məhsulun faktiki qiymətlərlə dəyəri 236212,4 min manat təşkil etmiş, onun da 119477,3 min manatını (50,6 faiz) bitkiçilik və 116735,1 min manatını (49,4 faiz) isə heyvandarlıq təşkil etmişdir. 2023-cü ilin müvafiq dövrünə nisbətən ümumi məhsul istehsalı müqayisəli qiymətlərlə 0,9 faiz azalmışdır.
    ​2024-cü ildə Gədəbəy rayonunda 3550,1 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmiş və 6065,4 ton məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq 17,1 sentner təşkil etmişdir. 2024-cü ilin məhsulu üçün 3111,9 hektar buğda sahəsindən 4947,3 ton, 385,5 hektar arpa sahədən 829 ton və 27,7 hektar vələmir sahəsindən isə 184,1 ton məhsul toplanmışdır. Hər hektar üzrə buğdanın məhsuldarlığı 15,9 sentner, arpanın məhsuldarlığı 21,6 sentner və vələmirin məhsuldarlığı isə 66,5 sentner təşkil etmişdir. Günəbaxan 165 hektar sahədə əkilmiş və ilkin çəkidə 97,5 ton məhsul yığılmışdır. Hər hektar üzrə məhsuldarlıq isə 5,9 sentner təşkil etmişdir.
    2024-cü ilin məhsulu üçün 787 hektar sahədə tərəvəz bitkiləri əkilmiş, həmin sahədən 13575,2 ton məhsul yığılmışdır ki, bu da keçən il ilə müqayisədə 1849,1 ton çox olmuşdur. Tərəvəz bitkiləri üzrə hər hektar üzrə məhsuldarlıq 172,5 sentner təşkil etmişdir. Kartof bitkisi üzrə 7941,3 hektar əkin sahəsindən 105601,5 ton məhsul yığılmış və keçən il ilə müqayisədə 99,4 ton və ya faktiki qiymətlərlə 0,1 faiz çox olmuşdur. Kartofun hər hektar üçün məhsuldarlığı 133,0 sentner təşkil etmişdir.
    Cəmi yemlik bitkilər 53,3 hektar sahədə əkilmiş və 129,9 ton məhsul yığılmışdır. Keçən il ilə müqayisədə 39,9 ton və ya faktiki qiymətlərlə 44,3 faiz çox olmuşdur. Məhsuldarlıq isə hər hektar üçün 24,4 sentner təşkil etmişdir.
    Bağlar və giləmeyvələr üzrə 3712,5 hektar əkin sahəsindən, 3164,0 hektarı bar verən yaşda olmuş və 26628,8 ton məhsul yığılmışdır ki, bu da keçən il ilə müqayisədə 3139,8 ton və ya faktiki qiymətlərlə 11,8 faiz az məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq isə 83,0 sentner təşkil etmişdir. Üzümlüklərin əkin sahəsi 9 hektar olmuş, ondan 181,8 ton məhsul yığılmış və keçən il ilə müqayisədə 4,5 ton və ya faktiki qiymətlərlə 2,5 faiz az məhsul yığılmışdır. Hər hektar üçün məhsuldarlıq 202,0 sentner təşkil etmişdir.
    Gədəbəy rayonunda 2025-ci ilin məhsulu üçün 2618,2 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. Səpin aparılmış ərazilərin əsasını dən üçün payızlıq bitkilər təşkil edir. Dən üçün payızlıq bitkilərin 2618,2 hektarına buğda səpilmiş və 234,8 hektar sahədə dondurma şumu aparılmışdır.


    Heyvandarlıq üzrə

    2024-cü il yanvar-dekabr aylarında diri çəkidə 69868,0 sentner ət, 484870,0 sentner süd, 9650 min ədəd yumurta istehsal edilmişdir. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalı 210 min ədəd və ya 2,1 faiz, ət istehsalı 2272,0 sentner və ya 3,1 faiz, yun istehsalı 97,0 sentner və ya 1,7 faiz, süd istehsalı 1457 sentner və ya 0,3 faiz azalmışdır.

    2024-cü ilin yanvar-dekabr aylarında 41127 baş iribuynuzlu mal-qara (ondan 20026 baş inək və camış), 212633 baş qoyun və keçi, 74 baş donuz mövcud olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 540 baş, qoyun və keçilər 7699 baş artmış və donuzların sayı isə 11 baş azalmışdır.


    Gədəbəy Rayon Statistika İdarəsinin rəisi: İsmayıl Məmmədov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR