Bu gün sosial şəbəkələrdə və bəzi saytlarda ”Qaziyə “yardım” kimi 100 manat pul və 7 manatlıq üzqırxan göndərən icra başçısı…” adlı yazı paylaşılıb.
Paylaşmada döyüşlərdə yaralanan Hilal Nəzərovun icra başçısı tərəfindən ona 100 AZN pul və 7 AZN dəyərində üzqırxan verdiyi yazılıb.
Belə bir məsuliyyətsiz, qərəzli paylaşma ilə bağlı Göyçay rayon Kürdəmiş kənd sakini II Qarabağ müharibəsi iştirakçısı Nəzərov Hilal Əlmirzə oğlu ilə əlaqə saxlanılıb. O, bildirib ki, müharibədə olduğu müddətdə ailəsi daim kənd icra nümayəndəsinin nəzarətində olub. Vaxtaşırı olaraq ailəsinin ehtiyacları təmin olunub. Hospitaldan evə buraxıldıqdan sonra Göyçay rayon icra başçısı Mehdi Səlimzadə şəxsən onun ziyarətinə gəlib, ehtiyacları ilə maraqlanıb.
Qazi Saytda gedən paylaşmaya münasibət bildirdi. Göndərilən şikayət məktubundan xəbərim yoxdur. İki gündür ki, hamı mənə bu haqda deyir. “Görüm mənim bu vəziyyətimdən istifadə edənlər kimlərdir” deyə H. Nəzərov yazının hardan götürüldüyünü, kimin paylaşdığını axtarır.
Nəzərinizə çatdıraq ki,Hilal Nəzərov bədəninin müxtəlif yerlərindən qəlpə yarası alıb. Ən ağırı isə qəlpələrdən birinin onun boğazına təmas etməsidir. O,aldığı zədəyə görə danışmaqda çətinlik çəkir. Hazırda yaşadığım Göyçay rayon Kürdəmiş kəndindəyəm ev şəraitində müalicə olunuram. Danışmağa çətinlik çəkirəm çünki qəlbə boğazıma dəyib.
Bildirək ki, Göyçay rayonundan Ali baş komandanın qismət səfərbərlik elan etdiyi çağrışa 16000 yaxın könüllü qoşulub. Azərbaycan ordusunun əsgərləri düşmənlə üz-üzə 44 gün ərzində qanlı döyüşlərdən qalib çıxaraq torpaqlarımızı azad edib. Azərbaycan əsgəri öz bütövlüyünü, əbədi və əzəli torpaqlarını bərpa edərək, üç rəngli bayrağımızı dalğalandırır. Vətən müharibəsi döyüşləri zamanı yaralanan göyçaylı qazilər rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə əhatə olunublar. Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda başlanan Vətən müharibəsində yaralanan əsgər və zabitlərimizi mütəmadi olaraq evlərində ziyarət edir, onlarla tez-tez görüşlər keçirir, qazi ailələrinin problemləri ilə maraqlanır. Bundan sonra da şəhid ailələri, birinci və ikinci Qarabağ müharibəsi iştirakçıları, qazilər daima diqqət və qayğıda saxlanılacaq. Bu bizim vətəndaş olaraq mənəvi və vəzifə borcumuzdur. Bu zamanda, belə bir həssas günlərdə Şəhid ailələri və Qazilər adından yalan, böhtan dolu, dəqiqləşdirilməmiş, məsuliyyətsiz, qərəzli yazılar paylamaqla düşmən dərmanına su tökənlər, sapı içimizdən olan baltalar, qara yaxma kompaniyası ilə məşğul olanlara isə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında yeni qanunlarla yaxından tanış olmağı məsləhət bilirik.
Qeyd edək ki, 1994-ci il təvəllüdlü Nəzərov Hilal Əlmirzə oğlu 27 sentyabr 2020-ci il tarixdə könüllü olaraq Vətən müharibəsinə yola düşüb. Öncə Gəncə şəhərində yerləşən 285 saylı Hərbi Hissəyə,sonra Goranboya,daha sonra isə Tərtərə, 5 gün sonra tankist olaraq Ağdamda gedən döyüşlərə qatılıb. 23 Oktyabr tarixdə qızğın döyüşlər anında Tankdaikən düşmənin hədəfinə tuş gəlib. İdarə etdiyim tankıın vurulması nəticəsində güllədən qopan qəlbə boğazıma və bədənimin digər yerlərinə dəyib. İlkin tibbi yardımdan sonra məni Ağdamda yerləşən Saracallı hərbi hospitalına aparılan və həmin gün boğazımdan təcili əməliyyat olunub. Bakı şəhərində hərbi hospitalda 40 gün müalicə olunduqdan sonra 1 ay müddətinə məzuniyyətə göndərilib.