Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev şəhid hərbi qulluqçu Vüqar İbadovun ailəsini ziyarət edib.
Daxili İşlər Nazirliyindən bildirilib ki, şəhidin azyaşlı oğlu Kənan onlayn şəkildə təşkil olunan dərslərdə iştirak edə bilmək üçün yaşadığı ünvana internet xəttinin çəkilməsini xahiş edib.
Tezliklə onun istəyi yerinə yetirilib, həmin evə internet xətti çəkilib. Bundan əlavə polis rəisi şəhidin azyaşlı oğluna kompüter də hədiyyə edib.
Qeyd edək ki, Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən şəhid Vüqar İbadov Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb və Cəbrayıl istiqamətində gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.