Müsəlmanların müqəddəs bayramı, birlik, bərabərlik, ayların sultanı olan Ramazan bayramında rayon icra hakimiyyəti başçısı Mehdi Səlimzadə, Millət vəkili Sabir Hacıyev, hüquq mühafizə orqanlarınn, Səfərbərlik idarəsinin rayon şöbəsinin rəhbərləri, ağsaqqallar, dindarlar, ziyalılar, şəhid ailələri, ictimaiyyətin nümayəndələri əvvəlcəGöyçay şəhər şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu, tər qərənfillər şəhid məzarları üzərinə düzülərək, ruhları ehtiramla yad olundu.
Sonra şəhərin Nizami küçəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Polkovnik leytenat Vidadi Xəlilovun adını daşıyan bulağın açılışı olub. Mərasim iştirakçıları şəhidin keçdiyi şərəfli döyüş yoluna nəzər salıb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Bir fikir vurğulanıb “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Polkovnik leytenat Vidadi Xəlilovun anası Əminə Xəlilova çıxışında şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdi.
Bildirək ki, Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində anadan olub.1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Vidadi Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Xəlilov noyabrın 1-də Laçın döyüşləri zamanı şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Xəlilov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Göyçay rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə yeni salınmış yaşayış komleksində küçəyə şəhid polkovnik leytenat Vidadi Xəlilovun adı verilmişdir. Rayonun Çaxırlı kəndində “Zabitlər bulaq” komleksində şəhid zabitlərlə yanaşı Vidadi Xəlilovun xatirə lövhəsi düzəldilmişdir.
Göyçay rayonunun Bığır kəndində Vətən müharibəsi zamanı şəhid olan Qüdrət Bəhruz oğlu Əzizovun xatirəsinə həsr olunmuş “Şəhid bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub. Xiyabanda birinci və İkinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəmanların fotoları sərgilənib.
Mərasimdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mehdi Səlimzadə çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdığını vurğuladı. Rayon rəhbəri 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu mənfur düşməni darmadağın edərək uzun illər işğal altında qalan torpaqlarımızı azad etdi, cənab Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdiyini mərasim iştirakçılarının diqqətinə çatırdı. İşağldan azad olunan bu gün abadlaşıb, yenidən qurulan Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada “Xarı bülbül” festivalının keçirilməsini xatırladan M. Səlimzadə bir daha qələbə və Ramazan bayramı münasibətilə rayon sakinlərini təbrik etdi. Çıxışının sonunda icra başçısı xalqımızın Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun çoxsaylı qəhrəman əsgər və zabitləri ilə qürur duyduğunu söyləyərək, bu gün qələbə sevincini bizə yaşadan şəhidlərimizə Uca Allahdan rəhmət, ailələrinə səbr, yaralılara şəfa dilədi.
Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Göyçay Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Ramazan ayı ərəfəsində də bütün şəhid ailələrini ziyarət edilmişdir. Qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağı, daim diqqət və qayğı ilə yanaşılacağı bildirildi. Rayonda yaradılan mobil qruplar, ictimai nəzarət komisiyası tərəfindən şəhid ailələrinə mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.
Karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən mərasimdə çıxış edənlər igid döyüşçünün Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Qeyd olunub ki, 2014-cü ildə hərbi xidmətə başlamış və manqa komandiri olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə 29 sentyabrda könüllü olaraq orduya qoşulmuş, Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir. Noyabrın 9-da Şuşada şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qüdrət Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Çıxış edənlər bu gün bulaq istifadəyə verilən Bığır kəndindəki Şəhid Qüdrət Əzizovun xatirə bulağının açlışında bu yolla gedib gələnlərə bulağın suyu ehsan olsun. Çox şükür torpaqlarımız alındı, şəhidlərimizin qanı yerdə qalmadı. O torpaqlara rahat gedə biləcəklərini bildirdilər. Qüdrət kimi şəhidlərimiz bu firavanlığı bizə bəxş edib getdilər. Allah onlara rəhmət eləsin”.
Ramazan bayaramı günü rayonun ikinci Ərəbcəbirli kəndin də olan şəhidlərin məzarları da ziyarət olundu. Kəndin 3 qəhrəman şəhid məzarlarının ətrafı gül, çiçəklər əkilmiş, üstü götürülmüşdür. Sonda rayonun Çərəkə kəndində şəhidlər xiyabanında gedən yenidənqurma işləri ilə tanış olan qonaqlar kənd sakinləri ilə görüşdülər. Şəhidlər xiyabanında gedən abadlıq, quruculuq işləri barədə icra hakimiyyəti başçısı öz tövsiyyə və tapşırıqlarını verdi.