AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müharibənin öz qanunları var, qələbə qansız, itkisiz, şəhidsiz əldə edilmir

  • + A
  • - A
  • 8-04-2022, 19:09

    Müharibənin öz qanunları var, qələbə qansız, itkisiz, şəhidsiz əldə edilmir


    YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov aparatın bir qrup əməkdaşı ilə II Qarabağ müharibəsində itkin düşmüş Mehtiyev Asim Yaqub oğlunun Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndində yaşayan ailə üzvləri ilə görüşmüşdür.

    Görüş Rövşən Əhmədov Asimin atası Yaqub Mehtiyev və anası Gültəkin Mehtiyeva ilə söhbət zamanı demişdir ki, 44-günlük müharibə nəticəsində əldə edilmiş Qələbədə minlərlə qəhrəman Azərbaycan oğlu kimi Asimin də payı vardır. Müharibənin öz qanunları var, qələbə qansız, itkisiz, şəhidsiz əldə edilmir. II Vətən müharibəsi zamanı kimsə şəhidlik zirvəsinə yüksəldi, kiminin qismətinə qazilik, kimininsə taleyinə isə Asim kimi itkinlik düşdü. Uca allahdan diləyimiz budur ki, bir gün Asimdən də xoş bir xəbər eşidək.

    Söhbət zamanı Asim Mehtiyevin atası Yaqub Mehtiyev oğlunun keçdiyi döyüş yolu barədə, sonuncu dəfə 07 noyabr 2020-ci il tarixdə evlərinə zəng edərək “nigaran qalmayın, yaxın zamanlarda qələbə ilə evə dönəcəyəm” deməsini, həmin vaxtdan bu günədək ondan heç bir xəbər almadıqlarını, rəsmi Dövlət qurumları tərəfindən axtarışlar davam etsə də, hələlik dəqiq bir məlumat əldə edə bilmədiklərini söyləmişdir.
    Görüşün sonunda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Asim Mehtiyevin valideynlərinə bildirmişdir ki, bu ailəni daim diqqətdə saxlayacaq və sosial problemlərinin həllinə dəstək verəcəkdir.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR