AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dilsuz Qarayevin anım günü münasibətilə şəhidin məzarını ziyarət etmiş, məzarüstü abidənin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər

  • + A
  • - A
  • 7-04-2022, 10:35

    Dilsuz Qarayevin anım günü münasibətilə şəhidin məzarını  ziyarət  etmiş, məzarüstü abidənin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər


    YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bir qrup YAP fəalı ilə birlikdə 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Hindarx qəsəbə sakini Dilsuz Qarayevin anım günü münasibətilə şəhidin məzarını ziyarət etmiş, məzarüstü abidənin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etmişlər.

    Tədbir zamanı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Dilsuz Qarayevin cəsur bir döyüşçü olduğunu, aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəldiyini qeyd edərək vurğulamışdır ki, məhs Dilsuz kimi igidlərin sayəsində Ermənistan ordusu barədə yaradılmış mifin puç olduğu sübut edildi. Həmin döyüşlərdə əldə edilmiş qələbə silahlı qüvvələrin şəxsi heyətində böyük ruh yüksəkliyi yaradaraq 44-günlük şanlı Müharibənin Qələbə ilə başa çatması üçün bir növ başlanğıc qoydu.

    Məzar önündə Hindarx qəsəbə 2 saylı ümumi orta məktəbinin şagirdlərinin ifasında müqəddəs şəhidlərin xatirəsinə həsr edilmiş şerlər ifa edildi.
    Tədbirdə şəhid Dilsuz Qarayevin anası Cəvahir Hacıyeva oğlunun anım günü münasibətilə ziyarətə gəldikləri,onu unutmadıqları üçün öz minnətdarlığını bildirdi.

    Sonra qonaqlar şəhid Dilsuz Qarayevin yaşamış olduğu evə gedərək şəhidin xatirə guşəsi ilə, onun keçdiyi döyüş yolunu əks etdirən stendlərlə, ona məxsus sənəd və təltiflərlə tanış olmuş, yaxın qohumlarının iştirakı ilə çay süfrəsi arxasında söhbət etmişlər.
    Söhbət zamanı Rövşən Əhmədov döyüş yoldaşlarının və hərbi hissə rəhbərlərinin Dilsuzun qəhrəmanlığı barədə həmişə böyük fəxrlə danışdığını, onun qorxmaz, cəsur bir döyüşçü olduğunu xatırlatmışdır.

    Dilsuz Qarayevin anası Cəvahir xanım oğlu ilə bağlı xatirələr danışmışdır.

    Şəhidin dayısı Xanoğlan Hacıyev Dilsuzun ailəsinə baş çəkdiklərinə görə qonaqlara və şəhid ailələrinə daim diqqət və qayğı göstərdiyi üçün Prezident cənab İlham Əliyevə öz təşəkkürünü bildirmişdir.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR