Ermənistan rəhbərliyi Qarabağda qondarma qurumun başçısı Arayik Harutyunyanı əvəz etmək istəyir.
Bu barədə "Hraparak" nəşri məqalə dərc edib.
"...Bəzi dairələr Təhlükəsizlik Şurasının hazırkı katibi Vitali Balasanyanı Artsaxda prezident olaraq görür, amma o, dəqiq cavab vermir, əksinə, özünü bu gün tutduğu mövqedə gördüyünü deyir.
Digər namizəd isə Ermənistan Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyandır. Arayik Arutyunyanın bu qanadı dəstəkləyəcəyinə söz verdiyi bildirilir.
"...Arayik Arutyunyan getdikdə, yəqin ki, parçalanıb iğtişaşlar yaratmağa çalışacaq ki, onun namizədliyinə alternativ olmasın".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.