Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.
Azadmedia.az sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.
Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. “Qarabağ”ı xüsusən diqqət mərkəzində saxlayır.
Öncəki illərdə “Turan Tovuz”a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, “köhlən atlar”ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.