“Hüquq və İnkişaf” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaşların müraciətlərinə baxılması sahəsində səmərəliliyin artırılmasına dəstək” layihəsi çərçivəsində “Vətəndaşların müraciətləri: qanunveicilik və təcrübə” mövzusunda Saatlı, Sabirabad və Neftçala rayonlarında ictimai müzakirələr keçirib.QHT.az xəbər verir ki, ictimai müzakirələrdə əvvəlcə vətəndaşların ərizə və şikayətlərinin verilməsi və baxılmasının hüquqi tənzimi və bu sahədə qanunvericiliyin tətbiqi üzrə praktik vəziyyət barədə təqdimatlar edilib. Təqdimatlardan sonra iştirakçıların sualları cavablandırılıb və təqdimatlar üzrə müzakirələr aparılıb. Müzakirələrdə həmçinin, iştirakçılar tərəfindən təkliflər irəli sürülüb və bu təkliflərin ümumiləşdirilərək layihənin yekunlarına dair Hesabata daxil edilməsi nəzərdə tutulub.
İctimai müzakirələrdə Saatlı, Sabirabad və Neftçala rayonlarının İcra Hakimiyyətinin nümayəndələri, İcra hakimiyyətlərinin ərazi nümayəndələri, regional dövlət qurumların nümayəndələri, habelə vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edib. Təqdimatlar “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov və layihə üzrə hüquqşünas/ekspert Əlibaba Rzayev tərəfindən aparılıb.
Tədbirlərdə ümumilikdə 77 nəfər iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.