"Sağlamlığa Xidmət" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Vərəmin diaqnostikası, müalicə və profilaktikasına müasir yanaşmalar" adlı layihəsinin növbəti tədbirini Masallı rayonunda keçirir.QHT.az xəbər verir ki, bu barədə məlumatı “Sağlamlığa Xidmət" İctimai Birliyinin sədr müavini və Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Kuratoru Samirə Muxtarova verib. Onun sözlərinə görə, 8 avqust tarixində tədbirin hazırlıq mərhələsində layihə əməkdaşları ilk olaraq Masallı MRX PHŞ-in vərəm şöbəsinin müdiri həkim ftiziatr Əzizulla Əliyevlə və Qəzənfər Tahirovla görüşüb. Görüş zamanı 9 avqust tarixində keçiriləcək tədbir barəsində ətraflı müzakirələr aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.