AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrası dava edir

  • + A
  • - A
  • 7-09-2024, 09:55

    “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrası dava edir

    “Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024 cü ildə elan etdiyi kiçik qrant müsabiqəsində qaliblərdən biri oldu. Agentliyin maliyyə dəstəyi ilə “İtkin düşmüş Azərbaycan vətəndaşlarının hüquqlarının BMT müstəvisində müdafiəsi” layihəsinin icrasına iyun ayından başlanılıb. Layihə Bakı şəhərində icra ediləcək.Onu da əlavə edim ki itkin düşmüş ailələrinin üzvləri Bakı şəhərində daha çox yaşayırlar.
    Layihənin məqsədi BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) itkin düşmüş azərbaycanlılar üzrə məlumatlılığının artırılması və itkin düşmüş şəxslərin fundamental hüquqlarının qorumasıdır.
    Ermənistanin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3967 nəfər itkin düşmüş səxs kimi Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən qeydiyyata alınıb.
    Layihə Ermənistanın azərbaycanlılara qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş kimi qeydə alınan Azərbaycan Respublikası vətəndaşları haqqında, məlumatların daha çox həcmdə və məhz itkin düşənlərin ailə üzvlərini birləşdirən, onlar tərəfindən yaradılan ictimai birlik tərəfindən gösdərilməsini, BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun (ZQİİQ) mexanizmdən səmərəli istifadə olunması gözlənilir.
    Təşkilatın veb saytı (itkin.az) layihə çərçivəsində təkmilləşdirilib və görülən işlərin davamlılığı təmin edilib. Veb səhifədə ayrıca itkin düşmüş şəxslərlə bağlı bölmələr də genişləndirilib. Layihə çərçivəsində görülmuş işlər, yazılmış müraciətlər həmin bölmədə öz əksini tapacaqdır.

    BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupu ilə kommunikasiyanın qurulması bütün şəxslərin məcburi itkin düşməsindən müdafiəsi haqqında Bəyannamənin həyata keçirilməsinə maneələrin aradan qaldırılmasında dövlətlərə kömək etməklə qabaqlayıcı rol oynayır.
    Hazırlanaraq ğöndərilmiş muraciətlər BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupunun itkin düşmüş azərbaycanlılar haqqında məlumatlandırmanın miqyasını artırılacaq. BMT-nin İnsan Hüquqları Şurasının Zorakı və qeyri-iradi itkindüşmələr üzrə işçi qrupuna müraciətlər göndəriləcək və müraciət forması ingilis dilində yazılacaq.

    Burada məqsəd eyni zamanda Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsinda yaranmış humanitar problemlərin xüsusilədə itkin düşmüş səxslər məsələsinin Beynəlxalq İctimaiyyətin diqqətinə çatdırılmasıdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR