AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İbrahim Cəfərov: “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

  • + A
  • - A
  • 26-09-2024, 21:54

    İbrahim Cəfərov: “Vətən Müharibəsi” Azərbaycanın tarixi qələbəsi ilə yekunlaşdı

    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əziz Şəhid qəhrəmanlarımızı dərin ehtiramla yad edirik..!

    Tam 30 il ərzində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Torpaqlarımızın işğalı azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ağır zərbə vurmuşdur. Mənfur Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmişdir. Sözsüz ki,
    erməni vandalizminin izlərini həmən-həmən hər yerdə görmək mümkün idi. Belə ki, işğal zamanı Azərbaycanın misilsiz mədəniyyət abidələri məhv edilmişdir. Ermənistan tərəfindən işğal edilmiş qədim Azərbaycan torpaqlarında 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olmuşdur. Bununla yanaşı, 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qalmışdır.

    Ancaq qəhrəman Azərbaycan xalqı işğalla heç zaman barışmamışdır. Qeyd edim ki, 2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirmişdir.
    Daha sonra sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat baş tutmuşdur. 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
    Fəxrlə dilə gətirə bilərik ki, Azərbaycan xalqının şanlı Qələbəsi ilə bitmiş 44 günlük Vətən müharibəmiz nəticəsində, o möhtəşəm Zəfərimizlə tarixə Dəmir yumruqla nöqtə qoymuş olduq.
     
    Qürur günümüz.. 27 sentyabr Azərbaycanda Anım Günüdür. Azərbaycan xalqı II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, eyni zamanda bütün şəhidlərini dərin ehtiramla anır!
    Bəli, Anım Günü şəhidlərimizin ruhlarına dərin ehtiramın ifadəsidir. Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir..
    Bəli, 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü gərəkli bir şəkildə dediyi olduqca şərəfli bir tarixdir..
     
    Xüsusilə qeyd etməliyik ki, məhz 27 sentyabr, uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdi. Beləliklə, 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın uğurlu nəticələrini torpaqlarımızın işğaldan azad edilməsi, həmçinin bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı reallığını qoymuş oldu.

    Heç şübhəsiz, milli maraqların qorunması önəmli nüansdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.. Təbii ki, aparılan uğurlu siyasət nəticəsində, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.

    Böyük fəxrlə qeyd edə bilərik ki, milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına da imza atmağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olmuşdur.. Bəli, Azərbaycan öz coğrafiyası üçün mənfur əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etmiş və doğma torpaqlarına sahib çıxmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR