Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən "İlk tibbi yardım" layihəsi çərçivəsində indiyədək 18 təlim uğurla başa çatdırılıb. Bu təlimlərdə iştirak edən analar müxtəlif xəstəliklər və onların yaranma səbəbləri, ağırlaşmalar zamanı ilk yardım tədbirləri, eləcə də yataq xəstələrinə göstərilən qulluq haqqında geniş məlumatlar əldə ediblər.
QHT.az xəbər verir ki, iştirakçılar təlimlər vasitəsilə əzələ daxili və venadaxili inyeksiyaların icrası, sistem qoşulması və vazofiksin qoyulması kimi praktiki bacarıqlar qazanmışdır. Təlimlər zamanı anaların öyrəndikləri biliklər əvvəlcədən hazırlanmış suallarla yoxlanılmış və praktik məşğələlərlə biliklərini təkmilləşdirmək üçün geniş imkanlar yaradılıb. Hər bir iştirakçı nəzəri bilikləri təcrübədə tətbiq etməklə, tibbi prosedurlarda özünəinamlarını artırıb.
Layihənin daha effektiv icrası və iştirakçılara daha dərindən dəstək vermək məqsədilə könüllü həkim də təlimlərə cəlb olunmuşdur. Təlimçi anaların qarşılaşdığı çətinlikləri izah edib, iştirakçılara təkrar təlimat verərək bilik və bacarıqlarını gücləndirib. Layihənin əsas məqsədi, ailələrə tibbi yardımı ən təbii şəraitdə göstərməyi öyrətmək və onları mümkün fövqəladə hallarda doğru davranışlara hazırlamaqdır.
Təlimlər çərçivəsində əldə edilən nəticələr layihənin uğurla davam etdirildiyini, anaların isə tibbi sahədə yüksək dərəcədə bilik və bacarıq qazandıqlarını təsdiqləyir
²
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.