Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, prokurorluq orqanlarının xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatları ilə səmərəli əməkdaşlığı davam etdirilir.
Bunun nəticəsidir ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında baş tutan İllik Konfransı və Ümumi Yığıncağı 29 sentyabr - 2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçiriləcək.
Bu gün isə Assosiasiyanın rəhbər qurumu olan İcraiyyə Komitəsinin 58-ci iclası Heydər Əliyev Mərkəzində keçirilir.
İclasda açılış nitqi ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev çıxış edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.