AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Seksual aclığa qurban gedən uşaqlar...

  • + A
  • - A
  • 29-09-2024, 13:30

    Seksual aclığa qurban gedən uşaqlar...

    2 foto paylaşıram. Uşaq Gəncədəndir. 20 yaşlı anası evə "kişi" gətirib, o "kişi" uşağa şiddət göstərib.
    Bu biri "kişi" də Türkanda yanına gedib-gəldiyi qadının 6 yaşlı uşağına gecə vaxtı şiddət göstərdiyi üçün saxlanıb.
    Cavan qadınlar uşaqla ayrılır, seksual ac olurlar. Cinsi təlabatlarını ödəmək üçün evə kişi dəvət edirlər, uşaqlar "bunlara lazım olan vaxt" yatmır, nəticədə işgəncəyə məruz qalır. Bir həftə içində 2 belə hadisə rəsmi qeydə alınıb. Görün nə qədər belə qeydiyyata alınmayan uşaq zorakılığı hadisəsi var. Çox qadın abrına qısılıb şikayət etmir, çoxu qorxudan.
    Qışda da Maştağada qadın bir onda xəbər tutdu ki, evinə gətirdiyi kişi 13 yaşlı qızını hamilə qoyub. İşin üstü açılanda özü oynaş tərəfindən ölümcül bıçaqlandı, qızını aparıb dəniz qırağında bir də zorlayıb, sonra öldürdü.
    3 il öncə Bərdədə qadının evə saldığı kişi məktəbli qızını hamilə qoydu, 13 yaşlı qız Respublika xəstəxanasında keser üsulu ilə ana oldu. Qadın soğan alağına gedirmiş, oynaşı utanmadan uşağı dərsə aparıb gətirirmiş.
    Çox sayaram tənha anaların ehtirasına qurbam gedən uşaqları...
    Övladına sahib çıxa bilməyən alçaq, şərəfsiz kişilərimi qınayaq, övladını ehtiraslarına qurban verən qadınlarımı?
    Necə edək? Qınamaqla iş bitmir.
    İnsanların seksual təlabatları uşaqlara zərər vurulmadan ödənməlidir. Ya uşaqları saatla saxlayan münasib qiymətə yerlər olmalı, ya da, ya da bilmirəm... Amma nəsə olmalıdır, təkliflər hazırlanmalıdır, yetər artıq.
    Dözmək olmur köməksiz uşaqlarla bağlı neqativlərə...
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR