AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elan: Əlilliyi olan şəxslərin işə qəbulu

  • + A
  • - A
  • 4-10-2024, 11:06

    Elan: Əlilliyi olan şəxslərin işə qəbulu

    Hörmətli Dövlət və Biznes Qurumları, Fərdi Sahibkarlar və Bütün İşəgötürənlər,

    Sizləri, əlilliyi olan şəxslərin işə qəbulu ilə bağlı birgə əməkdaşlığa dəvət edirik!

    Əlilliyi olan şəxslərin işə qəbul edilməsi, yalnız onların həyatında deyil, eyni zamanda cəmiyyətin inkişafında da mühüm rol oynayır. Bu addım həm dövlət, həm işəgötürən, həm də cəmiyyət üçün bir sıra üstünlüklər təmin edir:

    Əlilliyi Olan Şəxslər Üçün:

    İqtisadi müstəqilliyin təmin edilməsi və özünəinamın artması.

    Bərabər hüquqların və imkanların təmin edilməsi ilə sosial izolyasiyanın azalması.

    İşəgötürənlər Üçün:

    Müxtəliflik və inklüziv mədəniyyətin inkişafı, işçi heyətində fərqli bacarıq və təcrübələrin toplanması.

    Dövlət tərəfindən təklif olunan vergi güzəştləri və stimullar.

    Sosial məsuliyyətin yerinə yetirilməsi, müsbət korporativ imicin formalaşdırılması.

    Cəmiyyət və Dövlət Üçün:

    Sosial inteqrasiya proseslərinin güclənməsi, diskriminasiya və bərabərsizliyin azalması.

    İqtisadi aktivliyin artması ilə dövlət büdcəsinə dəstək.

    Dövlətin sosial proqramlarına ayrılan xərclərin azalması.

    Əlilliyi olan şəxsləri işçi kimi öz şirkətinizdə görmək istəyirsinizsə, bizimlə əlaqə saxlayın!

    Əlilliyi olan şəxslərin Müstəqil Həyat Mərkəzi olaraq, 20 ildən artıq təcrübəmizə əsaslanaraq, sizin vakansiyalarınıza uyğun peşəkar kadrları hazırlayıb təqdim etməyə hazırıq.

    Birlikdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün əməkdaşlıq edək! Bu həm sizə, həm də cəmiyyətimizə böyük fayda verəcəkdir.



    Hörmətlə,
    Əlilliyi Olan Şəxslərin Müstəqil Həyat Mərkəzi


    tel.: (+994 12) 571 87 00.

    mob.: (+994 55) 771 73 88

    mob/whatsapp: (+994 51) 84 84 7 84

    e-mail: independent_life_a@yahoo.com;
    independent_life@mail.ru







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR