AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Birinci Qarabağ müharibəsinin Qəhrəman Şəhidi və Zəfər Şəhidləri" filmi təqdim olundu - FOTOLAR

  • + A
  • - A
  • Dünən, 23:46

    "Birinci Qarabağ müharibəsinin Qəhrəman Şəhidi və Zəfər Şəhidləri" filmi təqdim olundu - FOTOLAR

    QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Şəhid Ailələrinə "Qayğı" Cəmiyyəti tərəfindən hazırlanmış "Birinci Qarabağ müharibəsinin Qəhrəman Şəhidi və Zəfər Şəhidləri" filminin təqdimatı 26 sentyabr 2024-cü il tarixində Bakı şəhərində baş tutub. Təqdimat mərasimində ölkənin tanınmış şəxsləri, dövlət nümayəndələri və şəhid ailələri iştirak edib. Tədbirin məqsədi Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə tanıtmaq olub.

    Təqdimatın sonunda şəhid ailələrinə ehsan süfrəsi açılıb. Filmin layihə rəhbəri və Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin sədri Müşfiq Əliyev çıxış edərək şəhidlərimizin əziz xatirəsini daim yaşatmağın vətən qarşısında bir borc olduğunu vurğulayıb. Bu cür təşəbbüslərin gələcək nəsillərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük töhfə verəcəyini qeyd edən layihə rəhbəri, şəhid ailələrinə dəstəyin davamlı olacağını bildirib.

    Qeyd edək ki, adıçəkilən film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində çəkilib.











    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR