Məlum olduğu kimi, noyabrın 11-də start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 22-dək davam edəcək. Bu müddətdə ölkəmizə dünyanın 5 qitəsindən 70 mindən artıq qonağın gələcəyi gözlənilir. Tədbirin ilk dörd günü ərzində 80-dən çox ölkənin prezidenti, vitse-prezidenti və ya baş naziri konfransın işinə qatılıb.
Sammitdə iştirak etmiş bir çox liderlər öz sosial şəbəkə hesablarında COP29, konfrans çərçivəsində keçirdiyi görüşlər və paytaxt Bakı ilə bağlı paylaşımlar ediblər.
Bizim.Media-nın dünya liderlərinin COP29 haqqında paylaşımları ilə bağlı hazırladığı videosüjeti təqdim edirik: