AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrail Prezidenti COP29-a niyə gəlmədi?

  • + A
  • - A
  • 17-11-2024, 11:30

    İsrail Prezidenti COP29-a niyə gəlmədi?

    İsrail Prezidenti İsaak Hersoqun Azərbaycana gəlməməsinin əsl səbəbi məlum olub.

    Bəzi xarici medianın qeyd etdiyi kimi, bu, heç də təhlükəsizlik məsələsi deyil.

    Heç şişirtmədən demək olar ki, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bunu bu il mayın 30-da Bakıda səfərdə olan Prezident İsaak Hersoq da daxil olmaqla, çoxlu sayda İsrail rəsmilərinin Azərbaycana gəlməsi də təsdiq edir. Hətta ölkənin Baş naziri Benyamin Netanyahu da 2016-cı ildə Azərbaycana birgünlük səfərə gəlmişdi.

    Hazırda Bakıda baş tutan COP29 ilə əlaqədar on minlərlə qonağın və yüzə yaxın dünya liderinin ölkəyə gəlməsi kontekstində də ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir.

    Caliber.az-ın məlumatına görə, İsaak Hersoqun Azərbaycana gəlməməsinin səbəbi tamam başqa müstəvidədir.

    Belə ki, buna səbəb Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoymasıdır.

    Dünyanın ən böyük tədbiri olan COP-un məhz Azərbaycana həvalə edilməsi Türkiyədə də böyük məmnunluqla qarşılanmışdı və Azərbaycan qardaş ölkənin bu tədbirin iştirakçılarının ölkəmizə səfərinə hər hansı maneə yarada biləcəyini zənn etmirdi.

    Bu baxımdan, İsrail Prezidentinin təyyarəsinə hava məkanının verilməməsi Bakıda təəccüblə qarşılanıb. Ən azından ona görə ki, BMT-nin bu səviyyəli tədbirləri bütün ölkələr üçün açıq olur. Məsələn, BMT Baş Assambleyasının sessiyaları zamanı ABŞ hətta İran, Venesuela kimi ölkələrin liderlərinin də ABŞ-yə səfəri və tədbirdə iştirakına bütün şəraiti yaradır, halbuki bu ölkələrə qarşı ən sərt sanksiyalar tətbir edib. Azərbaycanın 30 il ərazilərini işğal altında saxlayan və hələ də sülh sazişini imzalamaqdan yayınan Ermənistanı tədbirə dəvət etməsi də bu təcrübə və ənənədən irəli gəlirdi. Odur ki, Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iştirakçıları üçün digər dövlət, xüsusilə qardaş Türkiyə tərəfindən maneə yaradılması Bakıda təəssüf doğurub.

    “Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib, hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib.

    Baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən də təəccüb və təəssüf hissi ilə qarşılanmaya bilməz. Son vaxtlar Türkiyənin Ermənistanla gizli görüşlərinin intensivliyinin artması, indi də Azərbaycanın ən yüksək səviyyəyə təşkil etdiyi COP29-da İsrail Prezidentinin iştirakına imkan verilməməsi suallar yaradır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR