AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gələcək nəsillər üçün güclü və dayanıqlı təməl

  • + A
  • - A
  • 21-11-2024, 10:55

    Gələcək nəsillər üçün güclü və dayanıqlı təməl

    Mətanət Səfərli
    YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı


    Yeni Azərbaycan Partiyasının yaradılmasının 32 ili tamam olur. Ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının 32 illik yoluna nəzər salanda qələbə, uğur səhifələri ilə zəngin bir tarixin olduğunu görürük. Əldə olunan hər bir uğurun arxasında isə düşünülmüş və məqsədəuyğun siyasi xətt, gərgin əmək dayanır. Partiyanın VII qurultayında dövlətimizin başçısı, YAP-ın Sədri cənab İlham Əliyev proqram xarakterli çıxışında keçilən yolun təhlili fonunda qarşıda dayanan hədəfləri açıqladı. Prezident İlham Əliyev bildirdi ki, biz ardıcıllıqla və məqsədyönlü şəkildə hədəflərə çatırıq. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin zərurəti məhz bu səbəblərdən doğur. Yeni bir vəziyyət yaranıb. Bu vəziyyəti ölkəmiz yaradıb. Azərbaycan reallıqlar yaradan ölkədir. Yeni Azərbaycan Partiyasının nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olduğunu əsaslı şəkildə diqqətə çatdıran cənab İlham Əliyev bu məqamı xüsusilə qeyd etdi ki, faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş - 1993-cü ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı. Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.

    Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva YAP Sədrinin birinci müavini təyin edildi. Bu mühüm addım yüksək etimadın təcəssümüdür. YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısında yeni vəzifələri müəyyən etdi. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında, siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək YAP üzvlərindən yüksək fəallıq tələb edir. Dövlətimizin başçısı, YAP-ın Sədri İlham Əliyevin tapşırığına uyğun olaraq hazırlanan və 2021-ci ilin sonunda təsdiq edilən Yeni Azərbaycan Partiyasının yeni Proqramı partiyanın bugünkü və gələcək fəaliyyəti üçün yol xəritəsidir. YAP yarandığı vaxtdan 2020-ci ildə imza atdığımız tarixi Zəfərə qədər qarşısına qoyduğu bütün hədəflərə yüksək səviyyədə nail oldu. Artıq yeni çağırışlar yeni Proqramın təsdiqlənməsini zərurətə çevirdi.

    Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafını təmin edən ən güclü qüvvələrdən biri olan Yeni Azərbaycan Partiyasının müəyyən etdiyi strateji hədəflər və prinsiplər dövlətimizin milli maraqlarına və müasir dövrün çağırışlarına uyğun olaraq formalaşdırılmışdır. YAP-ın liderliyi ilə ölkəmizin inkişafı və xalqın rifahının təmin olunması istiqamətində atılan addımlar Azərbaycanın gələcək nəsilləri üçün güclü və dayanıqlı təməl yaradacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR