AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qayğı birliyinin Vətən sevdası

  • + A
  • - A
  • 5-10-2024, 19:35

    Qayğı birliyinin Vətən sevdası

    Biz əvvəllər də “Qarabağ Əlillərinə Qayğı” İctimai birliyinin müharibə əlillərinə və veteranlarına göstərdiyi xüsusi diqqət və qayğının şahidi olmuşuq. Bu gün isə bu İctimai birliyin qəhrəmanlığı təbliğatı və hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı Nəsimi rayon 111 saylı tam orta məktəbin kollektivi ilə görüşünün şahidi olduq. Birliyin sədri Qarabağ Qazisi Firidun Məmmədovun və sədr müavini Azad Ramazanovun məktəbə daxil olarkən həm şagirdlər, həm də müəllimlər tərəfindən isti münasibətlə qarşılanması Qazilərimizin əvvəllər də bu məktəbdə dəfələrlə olmasından xəbər verirdi. Bu dəfə onlar özləri ilə xüsusi qonaq da gətirmişdilər. Bu qonaq Vətənpərvərlik şerləri ilə məşhur olan meyxana ustası şair Orxan Qaxlı idi. Orxan Qaxlı Şəhidlərimizə, Qazilərimizə və Veteranlara həsr etdiyi məşhur şeri ilə qonaq gəlmişdi. Məktəbin böyük zalında keçirilən görüşün atmosferi adamın gözlərini yaşardır, köksünü qabardırdı. Qazilərimizi böyük coşqu ilə qarşılayan məktəb kollektivinin alqışları kəsilmirdi. Bu alqışlar Qazilərimizə idi. Vətənimizin, torpağımızın azadlığı uğrunda sağlamlığını qurban vermiş Qəhrəman Qazilərimizə. Bu alqışlar gənc nəslimizin Qazilərin timsalında Vətənə olan sevgisinin tərənnümü idi. Bu alqışlar Azərbaycan xalqının Qəhrəmanlarının bitməz və tükənməz olduğunun göstəricisi idi. Tədbiri açıq elan edən məktəbin direktoru Jalə xanım qonaqları təqdim etdi. Sonra sözü məktəblilərə verdi. Şagirdlər hazırladıqları səhnəcikləri döyüşçülərimizə sevə-sevə təqdim etdilər. Sanki döyüşçülərimizin xoşuna gəlmək üçün yarışa girmişdilər. Bir saatdan artıq davam edən tədbir məni valeh etmişdi. Mən əvvəllər də belə tədbirlərdə iştirak etmişdim. Amma məni bu qədər qürurlandıran açığını deyim ki, olmamışdı. Sonra söz Qazilərimizə və onların musiqili qonağı Orxan Qaxlıya verildi. Qonaqlar təbrik çıxışları ilə müəllimlərə təşəkkür etdikdən sonra şagirdlərə tövsiyələrini verdilər. “Qarabağ Əlillərinə Qayğı” İctimai birliyinin sədri Qazi Firidun Məmmədov çıxış edərkən şagirdlərin öz alqışları ilə bir neçə dəfə çıxışı kəsmələri gələcəyimizin etibarlı əllərdə olmasını göstərməklə yanaşı millətimizin öz fədailərinə olan sevgisinin hansı dərəcədə olduğunu da isbatlayırdı.
    Nə deyim. Bizim Vətənimiz ən gözəl sözlərə layiqdir. Bu Vətəni qoruyan hər bir kəs bizim başımızın tacıdır. Mən “Qarabağ Əlillərinə Qayğı” İctimai birliyinin rəhbərliyinə tədbirə şahidlik etməyimə şərait yaratdığı üçün öz minnətdarlığımı bildirirəm. Və onlarla fəxr edərək qürur duyduğumu bildirmək istəyirəm. Eşq olsun Vətənimizə, Dövlətimizə və onun əzəmətli döyüşçülərinə!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR