AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məişət zorakılığından zərər çəkənlər dövlət sığınacağına yerləşdirilirmi? Açıqlama

  • + A
  • - A
  • 5-12-2024, 16:39

    Məişət zorakılığından zərər çəkənlər dövlət sığınacağına  yerləşdirilirmi? Açıqlama

    Təəssüf ki, az qala hər gün məişət zorakılığından zərər çəkənlərlə bağlı məlumatlar oxuyuruq. Məişət zorakılığından zərər çəkən qadınlar hara yerləşdirilir? Ən çox verilən suallardır.
    Məişət zorakılığından əziyyət çəkən qadınlar üçün təkcə QHT tərəfindən deyil, dövlət tərəfindən də sığınacaqlar fəaliyyət göstərir.
    Azadmedia.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyin müvafiq müəssisəsində Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir. 1 avqust 2021-ci il tarixindən fəaliyyət göstərən şöbənin yaradılma məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması və məişət zorakılığı probleminin, onun doğurduğu nəticələrin aradan qaldırmasının uzunmüddətli həllinə nail olmaqdır. Şöbədə məişət zorakılığı qurbanı və onun ailə üzvlərinin (övladları) birgə yaşaması üçün şərait yaradılıb.
    Hazırda Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” layihəsi Bakı və Gəncə şəhərlərində icra olunur. Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.
    Fikrimizcə, Nazirlik cənub bölgəsində də layihənin icrasına başlamalıdır.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda 11 reablitasiya mərkəzi var, burda da qadınlara, analara dəstək göstərilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR