AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Xankəndidə yeni birgə layihələr olacaq" - Fuat Oktay

  • + A
  • - A
  • 7-12-2024, 17:30

    "Xankəndidə yeni birgə layihələr olacaq" - Fuat Oktay

    Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək.

    Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Türkiyə azad olunmuş ərazilərin bərpası məsələsində ilk günlərdən Azərbaycanın yanındadır:

    "Kənd təsərrüfatı, səhiyyə və s. sahələrdə layihələr, xüsusilə Xankəndidə yeni birgə layihələr olacaq".

    O bildirib ki, güclü Azərbaycanı görməkdən şaddır: "Hər gəldiyimizdə Bakı daha irəli gedir, zənginliyi artır və bu zənginliyi xalqla paylaşır. Qismət olarsa, sabah Qarabağa gedəcəyik və bərpa prosesini yerində görəcəyik. Türklər getdiyi yeri yox etməz, getdiyi yeri tikər, qurarlar. Ermənistanın dağıtmasından sonra Azərbaycan Qarabağı inkişaf etdirir, bərpa edir. İkinci Qarabağ savaşı, bir günlük antiterror əməliyyatları dövründə bəzi parlamentlər başda Fransa olmaqla “erməni torpaqları işğal edilir” adı ilə dezinformasiya yaymağa çalışırdılar. Amma o torpaqlar türklərindir. Xocalı qətliamını yaşadıq və bunları unutdurmamalıyıq. Biz hər zaman sülhə və sabitliyə önəm veririk. Bizim başqalarının torpağında gözümüz yoxdur, amma bizim torpağımızda da kiminsə gözü olarsa, o gözü də çıxarırıq".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR