Babayevlər ailəsinin dövlətin və xeyirsevər insanların dəstəyinə ehtiyacları var. Onların övladı Fatimə Babayeva Türkiyənin Hacettepe Xəstəxanasında müalicə alır. Bu günə qədər ailə 50 min manat xərcləyib. Ailənin maddi imkanları tükənib. İlik nəqli üçün tələb olunan məbləğin yığılması üçün Azərbaycan xalqından dəstək istəyirlər. Ailə əmindir ki, ölkənin Birinci xanımı, Vitse-prezident Mehriban Əliyeva da ailənin səsinə səs verəcək.
Ailənin Fatimədən başqa övladı yoxdu.
Azadmedia.az Fatimənin anası Xəyalə xanımın müraciətini təqdim edir:
"Mən Babayeva Xəyalə Xudayar qızı, Sizi qızım Babayeva Fatimə Rahim qızından ötrü narahat edirəm. Qızım Fatimə Babayeva 14.12.2015-ci ildə anadan olub. Qızım doğulandan bu günə qədər müxtəlif xəstəliklərdən əziyyət çəkib. 2024-cü ilin mart ayının 16-da Bakı Patologiya mərkəzində boyun nahiyyəsindən götürülən nümunəyə əsasən limfa düyünündə (boyun nahiyyəsinin dərialtı törəmə) hodgkin limfoması, qarışıq hüceyrəli variantı diaqnozu qoyuldu. Bundan əlavə keçirdiyi xəstəlikləri nəzərə alaraq həkimlər qızımın genetikasında problemin olduğun və bundan dolayı limfa xərçənginə tutulduğun bizə bildirdilər. Həkimlərin məsləhətinə əsasən qızımın müalicəsi ilə əlaqədar olaraq Türkiyənin Hacettepe Xəstəxanasına müraciət etdik. 27.03.2024-cü il təkrar Hacettepe Xəstəxanasının biyopsi hesabatına əsəsən limfa düyünlərində hodgkin limfoması, qarışıq hüceyrəli variantı diaqnozu təsdiqləndi və qızımın Hacettepe Xəstəxanasında müalicəsinə başlandı. Qızım Fatimə 4 ay ərzində 4 kurs kimya terapiya qəbul edib. Avqust ayından qızım Hodgkin limfomasından remisiya dövrünə başladı.Bununla bərabər qızımdan götürülən çoxsaylı analizlərin nəticəsi olaraq qızıma EBV ilə əlaqəli limfoproliferasiya hipoqammaqlobulinemiya diaqnozu qoyuldu və buna görə də bizə hər 3-4 həftədən bir İVİG (venadaxili İmmunoqlobulin) müalicəsinin aparılması bildirildi.İlk 3 ayı qızım Fatiməyə 15 g İVİG Türkiyədə vuruldu. Noyabr ayından isə TƏBİB-ə müraciət etdik. 4 -cü İVİG isə Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında vuruldu. Türkiyədə olan həkimlərin təkidi ilə qızımdan 09.08.2024-cü ildə molekulyar genetik analiz üçün nümunə götürüldü. 30.10.2024-cü il tarixli molekulyar genetik analizin nəticəsinə əsasən qızım Fatimədə dünyada nadir rast gəlinən RASGRP1 genində problem ilə əlaqədar olaraq İmmunçatışmazlığı 64 otozomal resessiv diaqnozu qoyuldu. Qızımda mövcud immun sistem pozğunluğu gen səviyyəsində tam ekzome analizi WES (Whole Exome Sequencing) müayinəsi ilə müəyyən edildi. Buna uyğun olaraq nisbi və lazım olduqda əlaqəsiz toxuma qrupu (HLA) analizləri aparıldı.Müalicə üçün HLA-ya uyğun donorun müəyyən edilməsi və təcili olaraq ilik kök hüceyrə transplantasiyası lazımdır. Limfa xərçənginin remisiya dövrünə qədər və Türkiyədə vurulan İVİG-in maliyyəsin ailəmiz qarşıladı. Xərçəngin remisiya dövrünə girməsinə qədər biz 50 000 (əlli min) manat müalicəyə maliyyə xərcləmişik.İqtisadi cəhətdən ailəmizin ilik kök hüceyrə nəqlinin maddi xərclərin qarşılamaq mümkünsüz hala gəlib. Bizim yegane övladımız qızım Fatimə Babayevadır. Qızımdan başqa övladımız yoxdur. Ona görə bir ana kimi yazıb Sizdən xahiş edirəm ki mənim balamı bu ağır vəziyyətdən çıxarmağa və təcili olaraq kök hüceyrə nəqlinin maliyyəsin qarşılamağa mənə kömək edəsiniz".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.