AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Körpə heyvan ətindən kabab yeyib qürrələnənlər, ƏL SAXLAYIN!

  • + A
  • - A
  • 27-01-2025, 15:23

    Körpə heyvan ətindən kabab yeyib qürrələnənlər, ƏL SAXLAYIN!


    "ATV-nin artan ət qiymətləri ilə bağlı hazırladığı süjetdə belə deyilir: "Əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var. Qəssabların sözlərinə görə, buna səbəb heyvan qıtlığının olmasıdır: "Dana əti əvvəl 15 manat idi, indi 16 manat olub, quzu ətinin qiyməti isə 20-24 manat arasında dəyişir". Necə deyərlər, sitatın da sonu".
    Qəssablar şikayətçidi, əhali narazı. Amma elə eyni adamlar "körpə dana əti, pərğu kimi", "9 kiloluq quzunun kababı" deyib, heyvanların nəslini kəsir. Ümid edirəm ki, hökümət, yaxud da AQTA bu işə əl qoyacaq, körpə heyvanların soyqırımı dayandırılacaq. Bu gedişlə təzə ət orta təbəqə üçün də əlçatmaq olacaq, dondurulmuş ət axtaracağıq. Əl saxlayın!".

    Azadmedia.az xəbər verir ki, bu sözləri tanınmış idman jurnalisti Amal Abuşov sosial media hesabında yazıb. Azərbaycanda bu qədər otlaq sahələri varkən ət qıtlığının olması nə dərəcədə doğrudur? Ən birinci problem ordan başladı ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi kəndlərdə fermerlərə heyvandarlığın artımı məqsədi ilə icarəyə verdiyi torpaqların aqibəti ilə maraqlanmadı, otlaq sahələri əkin sahələrinə çevrildi...
    Bu əsas səbəblərdən biridir.
    Amal Abuşovun qaldırdığı məsələ doğrudan da ciddi bir sosial-iqtisadi problemin göstəricisidir. Həm qiymət artımı, həm də körpə heyvanların kəsilməsi ilə bağlı yanaşma uzunmüddətli perspektivdə ölkənin heyvandarlıq sektoruna mənfi təsir göstərə bilər. Körpə heyvanların kəsilməsi onların populyasiyasının azalmasına, dolayısı ilə də bazarda ət qıtlığına səbəb olur. Bu, qiymətlərin daha da artmasına gətirib çıxara bilər.
    Hökumətin və aidiyyəti qurumların bu istiqamətdə tədbirlər görməsi çox vacibdir.
    Körpə heyvanların kəsilməsinə qadağa və ya məhdudiyyətlər tətbiq olunmalıdır. AQTA bu məsələni diqqətdə saxlamalıdır.
    Heyvandarlıq sektoruna dövlət dəstəyi proqramlarının artırılması prioritet olmalıdır.
    Bazar nəzarətinin gücləndirilməsi və süni qiymət artımına yol verməmək üçün monitorinqlər aparılmalıdır.
    İnsanları daha sağlam və davamlı istehlak vərdişlərinə yönəltmək üçün maarifləndirici kampaniyalar aparılmalıdır.
    Hazırkı şəraitdə həm vətəndaşlar, həm də təsərrüfatçılar vəziyyətdən narazıdır. Əgər düzgün addımlar atılmazsa, dondurulmuş əti "çıxış yolu" kimi görmək ehtimalı, təəssüf ki, artacaq. Bu məsələ təkcə iqtisadi deyil, həm də ekoloji və etik bir problemdir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR