AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

  • + A
  • - A
  • Dünən, 09:39

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması xidməti “mygov”da təmin olunub

    Dövlət Miqrasiya Xidməti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə fəaliyyəti nəticəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması xidmətindən “mygov” rəqəmsal hökumət platforması vasitəsilə istifadə imkanı təmin edilib.

    Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

    Məlumata əsasən, əcnəbini qəbul edən şəxs my.gov.az saytına daxil olaraq “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması” xidmətinə keçid edir. Orada özü və əcnəbi haqqında tələb olunan məlumatları daxil etməklə əcnəbini olduğu yer üzrə qeydiyyata alır. Bununla yanaşı, portal vasitəsilə qeydiyyat məlumatlarının yenilənməsi və müraciətin redaktə edilərək yenidən göndərilməsi mümkündür.

    Xidmətin göstərilməsinə görə dövlət rüsumu tələb olunmur.

    Qeyd edək ki, qanunvericiliyə əsasən, Azərbaycanda 15 gündən artıq qalan hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs ölkəyə daxil olduqdan sonra 15 gün ərzində (Qazaxıstan vətəndaşları 30 gün ərzində) olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əks halda həmin şəxslər və onları qəbul edən şəxslər inzibati məsuliyyətə cəlb olunur. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, 5 iş günü ərzində yeni ünvan üzrə qeydiyyata alınmalıdır. Şəxs qeydiyyata alındığı mənzilin sahibinə məxsus başqa bir mənzildə müvəqqəti olarsa, yenidən qeydiyyata alınması tələb olunmur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR