AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Təmas” Regional İnkişaf İctimai Birliyin layihəsinin icrası uğurla davam edir - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 12:18

    “Təmas” Regional İnkişaf İctimai Birliyin layihəsinin icrası uğurla davam edir - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən «Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili» layihəsinin icrası uğurla davam edir.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə çərçivəsində artıq üçüncü aydır ki, genderəsaslı zorakılıqdan zərərşəkmiş qadın və uşaqlara xidmət göstərən sığınacaq fəaliyyət göstərir.
    Sığınacaqda genderəsaslı zorakılıqdan zərərçəkmiş qadın və uşaqlara psixo-sosial dəstək göstərilir, ehtiyacı olanlar təhlükəsiz sığınacaqla təmin edilirlər.
    Layihənin gender-eksperti Südabə Məmmədova bildirib ki, sığınacağın fəaliyyəti, yalnız təhlükəsiz məkana çıxışı təmin etmir, eyni zamanda regionda zorakılığa məruz qalmış qadın və uşaqların sosial reinteqrasiyası, hüquqi maarifləndirilməsi və iqtisadi gücləndirilməsi üçün mühüm imkanlar yaradır.


    Eyni zamanda layihə çərçivəsində maliyyənin idarə edilməsi ilə bağlı texniki iclas keçirilib. İclasda layihə komandasının üzvləri iştirak edib. Tədbirdə dövr üzrə maliyyə hesabatı təqdim edilib və layihə çərçivəsində həyata keçirilmiş xərclərin struktur təhlili aparılıb.


    Maliyyə şəffaflığının təmin olunması, daxili nəzarət mexanizmlərinin tətbiqi və onların effektivliyi ilə bağlı təkliflər müzakirə edildi. Həmçinin, mövcud və potensial riskləri müəyyənləşdirərək, həmin risklərin azaldılması üçün uyğun strategiyalar təqdim edildi.

    Fotolar







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR