AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

  • + A
  • - A
  • Bu gün, 14:35

    Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

    Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyalar həyata keçirilib.
    İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlığı nəticəsində elektron reseptlər artıq “mygov” platformasında əlçatan olub. İstifadəçilər onlara yazılmış reseptlərlə bağlı məlumatlarla həm veb, həm də mobil tətbiq üzərində tanış ola və yükləyə bilərlər.
    Bununla yanaşı, İRİA-nın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-lə birgə həyata keçirdiyi inteqrasiya çərçivəsində instrumental diaqnostik müayinə nəticələri və tibbi göndərişlər də platformada təqdim olunur. Bu xidmətlər hazır sənəd formasında təqdim edilir. Dövlət tibb müəssisələri tərəfindən verilən instrumental diaqnostik müayinə nəticələrinə (MRT, KT, USM, EKQ, EEQ və s.), eləcə də həm dövlət, həm də özəl tibb müəssisələrinə verilən tibbi göndərişlərə “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və yükləmək mümkündür.
    Qeyd edək ki, bütün bu məlumatlara veb versiyada “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR