2025-2026-cı tədris ilindən etibarən Bakı Slavyan Universitetində(BSU) ali təhsilin bakalavriat səviyyəsi üzrə " Yeni dövrün gəncliyi " adlı yeni daxili təqaüd proqramına start verilir!
BSU-nun rektoru 2024–2025-ci tədris ili ərzində “Yeni dövrün Azərbaycanı” mövzusunda Bakı şəhəri Suraxanı və Abşeron rayonlarında, Naxçıvan şəhəri, eləcə də Sədərək və Quba rayonlarında məktəblilərlə bir sıra regional görüşlər keçirib. Təqaüd həmin bölgələrdə yerləşən Regional Təhsil İdarələrinin tabeliyində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərdən BSU-ya qəbul olan şagirdlərə şamil olunur. Üstünlük qeyd olunan görüşlərdə iştirak etmiş şəxslərə veriləcək.
Daxili təqaüd proqramı 200 AZN olmaqla, 500-dən yuxarı bal toplayan tələbələr üçün nəzərdə tutulub.
Əziz gənclər, uğurlu gələcəyin ünvanı- BSU sizi yeni dövrün çağırışlarına cavab verən imkanlarla qarşılayır!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.