AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır

  • + A
  • - A
  • Bu gün, 08:51

    Zaur Mikayılovun “qohumbaz idarəçiliyi” su sektorunu uçuruma aparır

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyəti bir müddətdir ki, ictimaiyyətin tənqid hədəfinə çevrilib. Xüsusilə qurumun rəhbəri Zaur Mikayılovun kadr siyasəti, şəffaflıqdan uzaq idarəçiliyi və qohumbazlıqla seçilən təyinatları narazılıq doğurur. Son günlər isə sosial şəbəkələrdə yayılan məlumatlar bu narazılığı daha da alovlandırıb.

    Bloger Cavanşir Həsənli yayımladığı paylaşımda Zaur Mikayılovun qudalarının ADSEA sistemində yüksək vəzifələrdə çalışdığını, hətta rəsmi internet səhifəsində qəbul günlərinin belə göstərildiyini ictimailəşdirib. Məlumatda qeyd olunur ki, bu şəxslər dövlət idarəsini ailə idarəsinə çevirib, əhalinin su təminatı isə bu “ailə modeli”nin qurbanına çevrilib.
    Azadmedia.az xatırladır ki, 10 gündən artıqdır Bakı sakinləri susuzluqdan əziyyət çəkir, bu barədə istər sosial şəbəkələrdə, istərsə də kiv-lərdə kifayət qədər narazılıqla bağlı süjetlər, məqalələr və statuslar var.
    Qudalar səltənətinin yarıtmaz fəaliyyəti nəticəsində su sektorunun nə üçün bu qədər bərbad vəziyyətdə olduğu da cavabını tapmış olur.
    Qudalar öz kefində, əhalinin şikayətləri isə artmaqda davam edir. İstər Bakı ətrafı kəndlərdə, istərsə də rayon mərkəzlərində suyun keyfiyyətsiz, bəzi hallarda isə günlərlə verilməməsi, yeni çəkilən xəttlərin keyfiyyətsizliyi və tez sıradan çıxması artıq adi hala çevrilib. Görünür ki, Zaur Mikayılovun rəhbərlik etdiyi qurum üçün əsas prioritet əhalinin su ilə təminatı deyil, ailə üzvlərinin işlə təminatıdır.
    Cəmiyyətin tələbi aydındır: dövlət qurumlarında şəffaflıq, səriştə və ictimai məsuliyyət əsas prinsip olmalıdır. Lakin ADSEA rəhbərliyinin fəaliyyətinə baxanda bunların heç birini görmək olmur. Əksinə, su sektoru kimi strateji bir sahə sanki şəxsi təsərrüfat kimi idarə olunur.

    Əgər qudalar və qohumlar rəsmi vəzifələrdədirsə və bu şəxslərin təyinatında peşəkarlıq deyil, şəxsi münasibətlər əsas götürülübsə, bu artıq təkcə idarəetmə problemi deyil – bu, milli təhlükəsizlik, sosial sabitlik və ictimai etimad problemi deməkdir.
    Şəffaflıq yoxdursa, inkişafdan danışmaq mənasızdır.
    Cəmiyyətin su ehtiyatları ilə bağlı ciddi problemlər yaşadığı bir vaxtda, Zaur Mikayılovun “qohum idarəçiliyi” modeli səmərə vermir. Əgər bu məsələlərə dərhal müdaxilə olunmasa, bu yalnız ADSEA-nın deyil, dövlətin bütövlükdə imicinə və vətəndaşla münasibətlərinə mənfi təsir edəcək.

    İctimai maraq naminə, aidiyyəti orqanlardan bu faktlarla bağlı aydın və rəsmi açıqlama gözləyirik.
    Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR