AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Masallıda keçirilib - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 10:41

    “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Masallıda keçirilib - FOTOLAR


    D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri 2025-ci il 24 iyul tarixində Masallı rayonu, Masallı otelinin zalında keçirildi.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, tədbirdə 18 nəfər iştirak etdi. İştirakçılar əsasən Masallı rayonunun bələdiyyə nümayəndələrindən ibarət idi. Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

    Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur:

    1-ci mərhələdə:
    Bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsi:

    Bələdiyyə fəaliyyəti qanunvericilikdə və reallıqda;

    Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı.

    Bələdiyyələrin maliyyə dayanıqlığına yardım göstərilməsi:

    2024-cü ildə Milli Məclisin "Qrantlar haqqında" qanuna etdiyi dəyişikliyi əsas tutaraq, bələdiyyələrə bu sahədə köməklik göstərilməsi;

    Layihə təkliflərinin hazırlanması, real ideyaların layihələşdirilməsi, müsabiqə və tenderlərdə iştirak imkanlarının artırılması.

    Tədbirdə planlaşdırılan mövzularla bağlı iştirakçılara geniş məlumat verildi, müzakirələr aparıldı. Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətləri ilə bağlı mövzular iştirakçılar tərəfindən maraqla dinlənildi və fəal şəkildə müzakirə olundu.

    İştirakçılara izah olundu ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Qrantlar haqqında" qanuna edilən dəyişiklik Milli Məclis tərəfindən birinci oxunuşda qəbul edilib. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onların qrant ala bilmələrini nəzərdə tutur.

    İştirakçıları işlərində və əhali ilə münasibətlərində narahat edən bəzi məsələlər də qeyd olundu:

    Bələdiyyələrin sahibkarlarla münasibət qurmasında çətinliklər var, çünki sahibkarlar bu münasibətlərə maraq göstərmirlər.

    Sahibkarlar kredit ala bilir və əhali ilə əlaqə qura bilirlər, çünki maliyyə imkanları mövcuddur.

    Təklif:
    Bələdiyyələrin nüfuzunu artırmaq məqsədilə bəzi vergilərin toplanmasının bələdiyyələrə həvalə olunması təklif edildi.

    İştirakçılara həmçinin "Sosial xidmət haqqında" Qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərman barədə məlumat verildi.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq olunan qeydiyyat və müraciət formaları barədə də məlumat təqdim olundu. İştirakçılara layihə təklifləri və hesabatların hazırlanması barədə ətraflı bilgilər verildi.

    Tədbirin sonunda iştirakçılar kiçik qruplara bölündülər və sərbəst şəkildə istədikləri bir ideyanı layihələşdirmək tapşırıldı. Qrup üzvləri birlikdə çalışdılar və hər qrupdan bir nəfər ideyanın təqdimatını etdi.

    Tədbir iştirakçıları üçün çay və şirniyyat süfrəsi təşkil olundu.

    Sonda iştirakçılara ev tapşırığı verildi:
    İstədikləri bir ideyanı layihə formasında (layihə təklifi və büdcə ilə birlikdə) hazırlayıb, layihənin ikinci mərhələsində təqdim etmək.

    Fotolar








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR