Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2025-ci il avqustun 5-də Quba rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirmə tədbiri həyata keçirdi.
Tədbirdə təhsil, səhiyyə, sosial xidmətlər, mədəniyyət, bələdiyyə və ictimaiyyətin digər nümayəndələri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri məlumat verərək bildirmişdir ki, layihədə qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nikahlar və qeyri ənənəvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır. Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 32 nəfər iştirak etmişdir.
Tədbirin gedişində regionlarda iş yerlərinin açılması, məşğulluq imkanlarının artırılması təklifi irəli sürülmüşdür. Digər müzakirə olunan problemlər üzərində müvafiq təklif və tövsiyələr səsləndirildi.
Fotolar
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.