AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göyçayda xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün bədii tikmə təlimi keçirildi - FOTOLAR

  • + A
  • - A
  • Bu gün, 16:10

    Göyçayda xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün bədii tikmə təlimi keçirildi - FOTOLAR

    Göyçay rayonunda yaşayan xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün Azerbaycan Respublikasinin Qeyri-Hokumət Təşkilatlarina Dovlət Agentliyinin maliyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Bacariqlarina sahib ol” layihəsini həyata keçirir. 2-ci təlimimiz bədii tikmə sənəti üzrə olub.

    QHT.az xəbər verir ki, bədii tikmə üzrə ustamız Kubra xanım təlimlər əsasında benefisiarlara Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növləri haqqında: güləbətin, saya naxışlı bədii tikmə, təkəlduz, "quş gözü" texnikasında tikmə, metal muncuqlu tikiş, muncuqlu tikiş, basmanaxış, "düymələmə", qurama, spiral şəkilli tikiş və s haqqında məlumatlar vermişdir. 5 günlük təlimlərdə benefisiarlar maraqla bədii tikmə növlərini öyrənmişlər.

    Layihənin sonunda xüsusi qayğıya ehtiyacı olan şəxslərin bacarıqlarından ibarət sərgidə onlar öz əl işlərini nümayiş etdirəcəklər.

    Fotolar










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR