AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov: "Şəhidlərimizin ruhu qarşısında borcumuz onların əmanətlərinə sahib çıxmaqdır"

  • + A
  • - A
  • Bu gün, 15:00

    Millət vəkili Məşhur Məmmədov: "Şəhidlərimizin ruhu qarşısında borcumuz onların əmanətlərinə sahib çıxmaqdır"

    Anım günləri çərçivəsində millət vəkili Məşhur Məmmədov Masallı rayonunun Boradigah qəsəbəsində, eləcə də Boradigah İnzibati Ərazi Dairəsinə daxil olan Mollaoba və Babaser kəndlərində şəhid ailələri ilə birgə qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edib.

    Azadmedia.az xəbər verir ki, Millət vəkili Məşhur Məmmədov Vətən uğrunda canından keçən igidlərin xatirəsini ehtiramla yad edib, şəhid ailələri ilə səmimi söhbətlər aparıb, onların qayğıları, sosial vəziyyəti və ehtiyacları ilə maraqlanıb.

    Ziyarət öncəsi 1941–1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə, eləcə də Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şərəfinə inşa edilən Boradigah Şəhidlər Abidəsi ziyarət olunub.

    Millət vəkili çıxışı zamanı bildirib ki, xalqımız hər zaman şəhidlərinin xatirəsini uca tutur, onların ailələrinə diqqət və qayğı göstərilməsini mənəvi borc sayır. O qeyd edib ki, dövlətimizin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin rifahının yaxşılaşdırılması, onların qayğı ilə əhatə olunmasıdır.

    Məşhur Məmmədov bildirib ki, şəhidlərimizin ruhu qarşısında borcumuz onların əmanətlərinə sahib çıxmaq, ailələrinə həm mənəvi, həm də sosial dəstək göstərməkdir.

    Ziyarətin sonunda şəhidlərin ruhuna dualar oxunub, ailələrinə səbir dilənib.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR