AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ Konqresində demokratlar İsrailə hərbi yardım məsələsində parçalandı

  • + A
  • - A
  • Bu gün, 15:00

    ABŞ Konqresində demokratlar İsrailə hərbi yardım məsələsində parçalandı

    ABŞ Konqresində demokratlar İsrailə hərbi yardım məsələsində parçalandı
    ABŞ Konqresinin Nümayəndələr Palatasında Demokratlar Partiyası İsrailə ayrılması nəzərdə tutulan 3,3 milyard dollarlıq hərbi yardım məsələsində fikir ayrılığı yaşayıb.

    Associated Press (AP) agentliyinin məlumatına görə, Demokratlar Partiyasını təmsil edən 212 konqresmendən 104-ü milli təhlükəsizlik xərcləri haqqında qanun layihəsinə daxil edilmiş İsrailə hərbi yardımın azaldılmasını nəzərdə tutan düzəlişləri dəstəkləyib. Lakin respublikaçıların səsləri ilə həmin düzəlişlər 314 səsə qarşı 104 səslə rədd edilib.

    AP qeyd edir ki, səsvermənin nəticəsi Demokratlar Partiyası daxilində İsrailə və Baş nazir Benyamin Netanyahunun hökumətinə dəstək məsələsində dərin fikir ayrılığının mövcud olduğunu göstərir.

    Agentliyin məlumatına əsasən, Demokratlar Partiyası ənənəvi olaraq İsrailin əsas siyasi tərəfdarlarından biri hesab edilsə də, son illərdə Qəzza zolağı, Livan və İranla bağlı münaqişələr fonunda partiyanın sol cinahı güclənib və İsrailin siyasətinə hərbi dəstəyin məhdudlaşdırılması tələblərini daha fəal şəkildə səsləndirməyə başlayıb.

    Bundan əvvəl Reuters agentliyi xəbər vermişdi ki, altı amerikalı senator Demokrat həmkarlarını müdafiə xərcləri haqqında qanun layihəsinin müzakirəsini dayandırmağa çağırıb. Onlar sənəddə İsrailə hərbi yardımın genişləndirilməsini nəzərdə tutan müddəalara etiraz ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR