Reuters: Rusiya zərbələri Ukraynanın dəniz yolu ilə taxıl ixracı imkanlarını üçdəbir azaldıb

Rusiyanın Qara dənizdə Ukrayna limanlarına endirdiyi zərbələr Kiyevin dəniz yolu ilə taxıl ixracı imkanlarını əhəmiyyətli dərəcədə azaldıb.
Reuters agentliyinin Ümumukrayna Aqrar Şurasına istinadən yaydığı məlumata görə, ölkənin aylıq taxıl yükləmə gücü 6 milyon tondan təxminən 4 milyon tona enib. Beləliklə, Ukraynanın dəniz yolu ilə taxıl ixrac potensialı təxminən üçdəbir azalıb.
Məlumatda vurğulanır ki, taxıl ixracı Ukrayna üçün xarici valyuta daxilolmalarının ən mühüm mənbələrindən biridir. Hazırda ölkənin taxıl ixracının təxminən 90 faizi Odessa vilayətində yerləşən üç əsas liman vasitəsilə həyata keçirilir.
Mütəxəssislərin fikrincə, liman infrastrukturuna davam edən zərbələr Ukraynanın ixrac imkanlarına və qlobal ərzaq bazarında tədarük zəncirinə mənfi təsir göstərə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.